A letter from Jul 23, 2024

Time Travelled — about 1 year

Peaceful right?

Sevgilimmm, Ümid edirəm ki, hələ də bir-birimizə bu cür səslənə bilirik. Çünki 3 gün əvvəl mənə o qara xəbəri verdin - boşanırıq :) Çətindir mənə bunları yazmaq, həqiqətən nə olacağını bilmirəm. Ümidimi üzmək istəmirəm, amma sarılabiləcəyim bir ümid yeri də qalmayıb təəssüf ki. Özümü heç bu qədər çarəsiz hiss etdiyimi xatırlamıram. Mən bir dəfə sənsizliyi dadmışam və bir də buna məruz qalmaq məni çox qorxudur. Gözümü hər yumanda mənə baxıb gülümsəyən gözlərin xəyalımda canlanır. Məni hönkür-hönkür ağladan da budur. Kaş zamanı geri qaytarıb bəzi şeyləri dəyişməyin bir yolu olsa :) Səni çox sevirəm və bunun əbədiyyən belə qalacağına əmin olmuşam həmişə. Amma indi məni elə qorxuram ki bundan. Birdən biz ayrılsaq və mən ölənə qədər hələ də səni sevsəm? Deməli, ölənə qədər hər gün, hər səhər yuxudan oyanan kimi öləcəm? Bəzi şeylər o qədər ağırdır ki, bu günlərdə. Hər axşamı istənmədiyim evdə keçirmək, hər gün kirayə ev elanlarına baxmaq (30-lu yaşlarda tənha, miskin biri kimi özgə evində yaşamaqdan həmişə necə qorxduğumu dediyim yadındadır?). Evimizin açarının çəkisi də dəyişib elə bil, cibimdə ağır bir daş gəzdirirmiş kimi hiss edirəm. Açarlığın üstündə bir bizim, bir də atamgilin evinin açarları var. Bəlkə də 1-2 gündən sonra cibimdə ora aid olmadığım 2 fərqli evin açarı ilə gəzəcəm :) Bir də həyatım və ətrafımdakilər səninlə o qədər bütünləşib ki. Gələn həftə iş kollektivi ilə səyahətimiz var, hamı gəlib deyir Fəridəni də gətir. Gələn ay Səadətgildə çəkiliş var, məndən qabaq sənin gəlməyini dəqiqləşdirir. Bu necə ağrıdır bir bilsən :) Üstəlik bu ayın sonu sənin ad günündür. Orda olmalıyammı, olmağımı istəyirsənmi bilmirəm, gəlsəm necə davranmalıyam bilmirəm. O teatra hazır hiss etmirəm özümü, amma mənsiz keçən ad gününü də düşünəndə gözlərim dolur. Məktubu 23 iyul tarixində yazıram, sənə gələn il ad günündə çatacaq amma. Əslində uzun məktubları oxumağı sevdiyini bilirəm, mənim də ürəyim çox doludur. Amma bəlkə də artıq sevmədiyin insandan gələn uzun məktub səni yoracaq. Ona görə də çox uzatmasam yaxşıdır. Nəysə! Sənə bol xoşbəxtlik arzulayıram, həyatım. Ümid edirəm, indi hər şey ürəyincədir və getdikcə daha da yaxşı olacaq. Mən eqoistəm, bilirsən. Ona görə də ən vacib arzum, məni heç vaxt unutma, sevməyi dayandırma :) Hər zaman sənə dəyər verən və qayğına qalanların əhatəsində olman diləyiylə (çünki mən bacarmadım), doğum günün mübarək olsun sevgilim. Özünə yaxşı bax Sevgilərlə (və göz yaşları ilə) Əbədi sevgilin, Orxan

Load more comments

Sign in to FutureMe

or use your email address

Don't know your password? Sign in with an email link instead.

By signing in to FutureMe you agree to the Terms of use.

Create an account

or use your email address

You will receive a confirmation email

By signing in to FutureMe you agree to the Terms of use.

Share this FutureMe letter

Copy the link to your clipboard:

Or share directly via social media:

Why is this inappropriate?