A letter from Oct 22nd, 2021

Time Travelled — almost 4 years

Peaceful right?

Sevgili 25 yaşım. Necəsən? Ama həqiqətən necəsən? İndi ağlında nə kimi problemlərin var? Ümid edirəm, biraz da olsa arzularına çatmısan. Hansı sahəyə yönəldin görəsən. Bilmirəm hansı istiqamət üzrə işləyirsən ya işləmək üçün çalışırsan, İn şəə Allah alınar. Əziyyətinin qarşılığını görərsən. İndi 21 yaşın nə düşünür bilirsən? Karyera club haqqında ataya danışmaq istəyir. Ancaq hələ də deyə bilməyib. Çünki çox qərarsız qalmısan. Bilmirsən düzgün seçim olacaqmı. Yoxsa ŞQTP mentorluq proqramından cavab gözləməkmi yaxşı olardı. İndi artıq birini seçmiş olacam yəqin ki. İn şəə Allah xeyirlisi olar, hansı olsa da. Həyatında Lamibra var idi. Bilmirəm bunu da etməklə düzgün qərar verdimmi. İndi də varmı görəsən? Ən çox istədiyim birini sevəndə əmin olmağındır. O hissi keçirməyini istəyirəm. Bunu oxuyarkən İn şəə Allah artıq hiss edirəm deyərsən. Bu dəfə də yazım. Evli olarsanmı ki? Məncə hələ olmazsan. Bəlkə də yanılıram. İstər subay, istərsə də evli. Təki verdiyin qərarlar üçün peşman olma heç vaxt. Çox xoşbəxt ol. Ən kiçik şeylərdən belə zövq al. İnanıram ki, arzularına çatacaqsan və bu yolda əlindən gələni edəcəksən. Dizayn sahəsinə də marağım var, proqramist biraz çətin kimi gəlir ancaq. O yaşda bunu öyrənmiş olsan çox sevinərdi 21 yaşın. İndi onlayn dərs başlayacaq. 3 dəqiqə keçib dərsdən. Çox mənasız olur dərslər də. Başqa yazacağım çox şey yoxdu deyəsən. Hə birdə ofis proqramlarını öyrənmiş sayılaram. Ancaq hələ də dil bilmirəm. Vaxt gələr bunu da öyrənərəm bəlkə. İndi dərsə girdim. Nərmin müəllimənin dərsidir. Her kalp kendi şarkısını söyler. Kibrit çöpü mezarlığı. Bu kitabları oxudum. Çox maraqlı cümlələri var idi. Başqa Wattpad'dan kitab oxumuram. Sadəcə Gecenin mavi paleti'nin yeni bölümünü gözləyirəm. Musiqi demək olar əvvəlki qədər dinləmirəm. Dizi, film izləmirəm. Heç nə etmirəm ancaq heç nəyə də vaxt çatmır. Vaxtımı düzgün idarə edə bilmirəm böyük ehtimal. Ağlımda praktika məsələsi də qalıb. İlahəylə Bakıya getmək istəyirəm ancaq bunu da ataya deməmişəm hələ. Sonra isə alınsa kurs istəyərdim. Və yaxud praktikadan sonra orda işə alınsam, yaxud başqa proqramlaşdırma dili öyrənə bilsəm.. çox yaxşı olardı. Görəsən bu mesaj sənə çatdımı? Həyatdasanmı? Səndən bunu xəyallarını gerçəkləşdirmiş biri olaraq oxumağını çox istəyərdim. Allahın izni ilə hər şey ürəyincə olar. Sənə dəstək olacaq yeni əlaqələrin olsun, inkişafın üçün sənə yol göstərəcək insanlar olsun həyatında. Görəsən TİNA olaraq qalmısınız mı yenə də? Məncə qalarsınız. Bilmirəm heç nədən yazım. Bu yaşında sənə nə maraqlı gələrdi görəsən. Sevdiyin rəng qaradı. Yaşılı, mavini, qəhvəyi bunları da sevirsən. Daha doğrusu sevirdin. Sonra oversize geyinirsən. Və çolkaların var. Saçın çox da uzun deyildi. İndi dəyişmisən mi görəsən. Hə birdə arıqsan mı hələ də?Yəqin ki, Lamibra varsa çox arıq olmazsan. Yoxdursa belə, özünə fikir verməyə çalış. Bu qədər yetərlidir məncə. İndi nə problemlərin varsa hamısını unut. Heç nəyi özünə dərd etmə və çox əsəbləşmə. Zaman hər şeyi unutdurur. İtalyan dilinə də maraq salsan yenə yaxşı olar. Səyahət edərdin ora) 4 ildən sonra görüşərik. Uğurlu bir iş adamı olaraq oxusan bunları çox yaxşı olar.. Tarix: 22.10.2021 Saat: 14:19

Load more comments

Sign in to FutureMe

or use your email address

Don't know your password? Sign in with an email link instead.

By signing in to FutureMe you agree to the Terms of use.

Create an account

or use your email address

You will receive a confirmation email

By signing in to FutureMe you agree to the Terms of use.

Share this FutureMe letter

Copy the link to your clipboard:

Or share directly via social media:

Why is this inappropriate?