Dear FutureMe,
Sözə necə başlamaq lazım olduğunu dəqiq bilmirəm. Ancaq ümid edirəm, sən bu mesajı oxuyarkən, hələ də mental düşüncələrdən uzaq, kəndçi deyilsən. Fərqli olduğunu unutma. Sən hər zaman fərqli olmusan. 9-cu sinifdə Evanescenae Bring me to life dinləyərkən belə öz yaşıdlarından fərqlənirdin. Başqaları ər axtaranda sən öz ayaqların üzərində durmağı düşünürdün. Ancaq sən hamıdan əvvəl evləndin.
Ümidvaram 5 il sonra da bu həyatından bezməmisən. Ən azından gələcəkdə uşaqlarına daha yaxşı həyat vəd edə bilərsən. Çünki, sən cahil deyilsən axı. Uşaq demişkən, mən burda 5 il əvvəl müalicələrimlə davam edirəm. Gün ərzində 9 dəfə dərman, hormonal çaylar, paraşoklar içirəm, iynələr vurdururam. Bunların nə zamansa mənə mənfi təsir etməyəcəyinə ümid edirəm. Hal-hazırda Metallica Nothing else matters qulaq asıram. Yenə də Pink Floyd, Evanescence, Metallica, The Beatles, Linkin Park, Manga dinlə. Arzula və yaşa. Həyatdan tutduğum ən yaxşı yol; yaxşı olmağa çalışma, yaxşı kimi görün, təklikdə isə nə içindən gəlirsə et :D. Əzizim bu həyat bizə bircə dəfə verilib, hamı və heç kəs bu qədər dərk etməmişkən sən artıq anlaya bilirsənsə onlara görə niyə axı həyatını, illərini ən əsası gəncliyini fəda edəsən? Özünü həmişə tək bir fərd, şəxsiyyət kimi gör. Yaxşı?! Heç kimdən asılı olduğunu düşünmə və unutma ki diplomlar, kağız parçaları, sənə savad verməyəcək. Öyrənə biləcəyin şeylərə yönəl. Öyrəndikcə öyrən. Quranı, İncili, Tövratı oxu. Bir mövqe seçməli deyilsən. Hər şeyin bir səbəbi olmamalıdır. Xoşbəxt olmaq üçün çalış. Düşünmə ki, bunu edərəm peşman olaram, de ki bunu etmərəm peşman olaram. Çünki, əgər o gün qəbul etməyəcəyin şeylər.. Ürəyin hara atırsa arada ora da qaç. Ancaq, məntiqini əldən vermə. Oxu. Kamilə, ümidvaram masterə qəbul olmusan və bitirmisən. Ən əsası, görəsən hal-hazırda anasan? Uşağın var? Ümumiyyətlə necəsən?
Sign in to FutureMe
or use your email address
Create an account
or use your email address
FutureMe uses cookies, read how
Share this FutureMe letter
Copy the link to your clipboard:
Or share directly via social media:
Why is this inappropriate?